“BakuBus”un qəzasında yaralanan sərnişinlərə pul verildi

“BakuBus”un qəzasında yaralanan sərnişinlərə pul verildi
16:11 7 Yanvar 2016
41 Digər
Ölkə mətbuatı
A- A+

“BakuBus” yeni avtobusun qəzaya uğrama sı nəticəsində yaralananlara kompensasiya verdi. MMC-dən ANS PRESS-ə verilən məlumata görə, qurum tərəfindən sərnişin təhlükəsizliyinə xidmət edən və qanunvericiliklə tənzimlənən bütün şərtlərə əməl edilir.

Belə ki, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən noyabrın 16-da Salyan şossesində, 20-ci sahə dairəsi yaxınlığında "BakuBus" MMC-yə məxsus 6 saylı marşrut üzrə hərəkət edən avtobusun qəzaya uğrayıb. Hadisə nəticəsində 7 nəfər xəsarət alıb. Xəsarət alanlarla bağlı sığorta şirkəti tərəfindən tam təhlil aparılıb. Həmin qəza nəticəsində xəsarət alan Məhərrəmova Dilarə Tağı qızına 953 AZN, Dadaşzadə Fərhad Nadir oğluna 1500, Mirzəyeva Nəzakət Eldar qızına 1500, Əliyev Sərvan Məlumat oğluna 750, Ələkbərova Firuzə Bala Hüseyn qızına 750, Əliyeva Fəxrəndə Nadir qızına 750 manat zərər ödənişi edilib.

Bir nəfər zərər çəkən yüngül xəsarət aldığından könüllü şəkildə zərər ödənişindən imtina edib.

Xatırladaq ki, qeyd edilən qəza zamanı 6 saylı marşrut üzrə hərəkət edən avtobus divara çırpılıb. Qəza nəticəsində 1979-cu il təvəllüdlü Tofiq Əliyev də daxid olmaqla 7 nəfər yüngül xəsarət alıb.
Xəsarət alanlar dərhal xəstəxanaya çatdırılıb və onlara ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Hənmin gün Afiyəddin Cəlilov və Ayaz İsmayılov küçələrinin kəsişməsində 8 saylı xətt marşrutu üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus “İveko” markalı sərnişin avtobusu “Maserati” markalı minik maşınla toqquşub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=369124

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR