Blatter və Platini ömürlük futbolla vidalaşa bilər

Blatter və Platini ömürlük futbolla vidalaşa bilər
13:58 13 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 yanvar, AZƏRTAC
FİFA-nın sabiq prezidenti Yozef Blatter və UEFA-nın sabiq rəhbəri Mişel Platini ömürlük futbol fəaliyyətindən kənarlaşdırıla bilər.
AZƏRTAC “Sky Sports” saytına istinadla xəbər verir ki, ali futbol qurumunun Etika Komitəsinin istintaq palatası hər iki məmurun futboldan uzaqlaşdırılması üçün hərəkətə keçib. Məsələyə dair münasibət bildirən komitənin mətbuat katibi Andreas Bantelın qeyd edib ki, onlara qarşı sözügedən qərarın çıxarılmasına nail olmaq üçün apelyasiya şikayəti veriləcək.
Bildirib ki, FİFA-nın apelyasiya komitəsinə şikayəti təqdim etmək üçün bizim hələ yeddi günümüz var. Biz bu qərarın qəbul edilməsi üçün fikrimizdə qətiyik.
Xatırladaq ki, bir neçə gün əvvəl beynəlxalq futbol qurumunun Etika Komitəsinin arbitraj palatası tərəfindən Blatterlə Platininin səkkiz il futbol fəaliyyətindən məhrum edilməsi haqda qərar qəbul edilərək qüvvəyə minmişdi.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Blatter_ve_Platini_omurluk_futbolla_vidalasa_biler-918047

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR