Azərbaycan Respublikasınn prezidenti İlham Əliyev, dövlət xadimləri və sənət nümayəndələri xalq artisti İlhamə Quliyevanın ölümü ilə bağlı başsağlığı veriblər.
Axşam.az-ın Azərtac-a istinadən məlumatına görə, başsağlığında deyilir:
"Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir.
Müasir Azərbaycan estrada sənətinin tanınmış nümayəndələrindən biri, respublikanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü İlhamə Məzahir qızı Quliyeva 2016-cı il fevralın 25-də ömrünün 73-cü ilində vəfat etmişdir. İlhamə Quliyeva 1943-cü il avqust ayının 17-də Lənkəran şəhərində anadan olmuşdur. Bakı şəhərində orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə hələ tələbə ikən müxtəlif musiqi kollektivlərində çıxışlarla başlayan İlhamə Quliyeva öz istedadı sayəsində musiqi sənətinin incəliklərinə dərindən yiyələnərək tanınmış ifaçılar sırasında özünəməxsus yer tutmuşdur.
O, 1965–1970-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada-simfonik orkestrinin, 1970–1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1980-ci ildən etibarən uzun müddət ərzində Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olmuşdur. Azərbaycan musiqisinin inkişafında böyük xidmətlər göstərmiş ailənin nümayəndəsi olan İlhamə Quliyeva yarım əsrlik yaradıcılıq fəaliyyəti dövründə müasir musiqi mədəniyyəti xəzinəmizə töhfələr vermiş sənətkarlardandır.
O, səhnəyə qədəm qoyduğu ilk vaxtlardan milli ifaçılıq məktəbinin zəngin ənənələrini davam etdirməklə yanaşı, eyni zamanda Azərbaycan estrada sənətinə yeni ab-hava gətirmişdir. Özünün yüksək peşəkarlığı, orijinal ifaçılıq məharəti və dərin musiqi duyumu ilə seçilən müğənni görkəmli Azərbaycan bəstəkarlarının bir çox mahnılarının ilk və mahir ifaçısı kimi tanınırdı. Pərəstişkarlarının böyük rəğbətini və məhəbbətini qazanan İlhamə Quliyeva öz repertuarını musiqi həvəskarlarının geniş auditoriyasına sevdirdiyi yeni mahnılarla daim zənginləşdirmişdir. Azərbaycan musiqisinin yorulmaz təbliğatçılarından biri olaraq İlhamə Quliyeva musiqi mədəniyyətimizi dünyanın çox sayda ölkəsində konsert proqramlarındakı uğurlu çıxışları ilə təmsil etmişdir.
İlhamə Quliyevanın müasir Azərbaycan musiqi mədəniyyətinin inkişaf etdirilməsi sahəsində xidmətləri lazımınca qiymətləndirilmişdir. O, 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə xalq artisti fəxri adlarını almışdır.
Müğənni 2002-ci ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət”, 2013-cü ildə isə “Şərəf” ordenlərinə layiq görülmüşdür. Azərbaycan estradasının istedadlı nümayəndəsi, tanınmış müğənni və səmimi insan İlhamə Məzahir qızı Quliyevanın xatirəsi onu sevənlərin qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Elçin Əfəndiyev
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Əbülfəs Qarayev
Zeynəb Xanlarova
Siyavuş Kərimi
Elmira Rəhimova
Yalçın Rzazadə
Faiq Sücəddinov
Mübariz Tağıyev
Eldar Mansurov
Ağadadaş Ağayev.
İlham Əliyevdən İlhamə Quliyevanın ölümü ilə bağlı başsağlığı
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Məşhur azərbaycanlı müğənni saxlanıldı
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşdü
Bu gün
·
21:01
Məşhur azərbaycanlı müğənni saxlanıldı
Bu gün
·
20:52
NATO-dan Avropada vahid ordu yaradılması ideyasına reaksiya
Bu gün
·
20:47
Türkiyə klubunda yeni baş məşqçi
Bu gün
·
20:16
Kiyevdə azərbaycanlı ailənin mənzili dağılıb
Bu gün
·
20:05
Zelenskinin London səfəri: Ukraynaya yeni raketlər veriləcək?
Bu gün
·
19:50
Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər
Bu gün
·
19:43
İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub
Bu gün
·
19:21
ABŞ yeni “Patriot” hazırladı - Bu tarixdə istifadəyə veriləcək
Bu gün
·
19:20
Almaniyadan 32 Azərbaycan vətəndaşı readmissiya edilib
Bu gün
·
19:04
Arda Turan Türkiyə millisi barədə qərarını açıqladı
Bu gün
·
18:43
Emoməli Rəhmon Azərbaycana gəldi
Bu gün
·
18:35
Özbəkistan Prezidenti Azərbaycana səfərə gəldi
Bu gün
·
18:29
Bu üsulla 80 gündə 34 kilo arıqladı
Bu gün
·
18:26
Xəyanəti bağışlayan 3 bürc
Bu gün
·
18:20