Əməkdar artist Elza Seyidcahan "kraliça" adına göz dikib.

Axşam.az-ın məlumatına görə, müğənni “ATV maqazin onlarla” verilişində özünə “Bahar kraliçası” titulunu verib. O, bu adı daşımağın çətinliyini bildirib:

“Kraliça olmaq çox məsuliyyətlidir. Bizim Zeynəb Xanlarova, Fidan və Xuraman Qasımovalar, Afaq Bəşirqızı bizim kraliçalarımızdır. Bəzi kraliçalarımız isə həyatda yoxdur, səsləri qalıb. Biz də onların davamçısı olmağı istəyirik”.

E.Seyidcahan “Balıq” mahnısına klip çəkdirmək istəyir. O, buna görə sponsor axtarışına çıxdığını söyləyib.