Xalq artisti Nisə Qasımova həmkarı Flora Kərimovadan üzr istəyib.
Big.az xəbər verir ki, "ATV maqazin onlarla" verilişinin qonağı olan sənətçi həmkarlarının ona qarşı etinasızlığından şikayətlənib. Həmin o həmkarlarını sənətçi adlandırdığına peşman olan N.Qasımova bir müddət öncə kiçik mübahisə yaşadığı Flora Kərimovadan da üzr istəyib:
"Bəzi şou nümayəndələrini adam yerinə qoymaqda səhv etmişəm. Özü də çox böyük səhv etmişəm. Sözün əsl mənasında yatmışam. İndi ayılmışam ki, sən demə, bəzi sənətçilərə zərrə qədər hörmət qoymaq lazım deyilmiş. Addımbaaddım gərək gəzəsiniz ki, kaş Nisə xanım mənə bir kompliment deyərdi. Flora xanım, sizdən də üzr istəyirəm."Nəyə görə onlara sənətçi deyirsiniz, axı biz bu sənət uğrunda necə əziyyətlərdən keçdik" deyəndə siz haqlı idiniz. Sizdən üzr istəyirəm".
Milli.Az