Bərdə rayonunda bir nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə Bərdə-Yevlax magistral yolunun Bərdənin Şorəlli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Tərtər rayon sakini Qəhrəman Bəhmən oğlu Qurbanovun idarə etdiyi, "NAZ LİFAN" markalı minik maşını hərəkətdə olarkən yolu iki hisssəyə ayıran dəmir ayrıca çırpılıb.

Zərbənin təsirindən avtomobili yararsız hala düşüb. Minik maşınında olanlar - 1977-ci il təvəllüdlü Həmayə Gəncəli qızı Qurbanova, 1933-cü il təvəllüdlü Humay Salman qızı Qurbanova və 2015-ci il təvəllüdlü Münəvvər Qəhrəman qızı Qurbanova bədən xəsarətləri alıblar.

Onlar dərhal Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, ağır xəsarət alan Humay Qurbanovanın həyatın xilas etmək mümkün olmayıb.

Milli.Az