Milli Məclisin bugünkü iclasında millət vəkilləri Ermənistan prezidenti Serj Sarkisyanı Hitlerə bənzədiblər. ANS PRESS-in məlumatına görə, millət vəkili Aydın Mirzəzadə deyib ki, Serj Sarkisyanın son bəyanatı onun ən səfeh bəyanatıdır:

“İşğal edən ölkə işğala məruz qalan ölkədən təhlükəsizlik tələb edir. Xocalı soyqırımının baiskarı olan Seyran Ohanyanı müdafiə naziri təyin edir. Hətta Hitler də belə bəyanat verə bilməzdi. Bunlar onu göstərir ki, onlar ciddi böhran içərisindədirlər”.

Aydın Mirzəzadə - millət vəkili
Aydın Mirzəzadə - millət vəkili

Millət vəkili Fəzail Ağamalı isə Sarkisyanı " psixopat" düşüncəli insan adlandırıb. O qeyd edib ki, Azərbaycan dünyada sülhün, təhlükəsizliyin qorunmasına töhfə verir, amma Ermənistanda bir faşist, "psixopat" düşüncəli rejim var:

“Son günlər Azərbaycanın mülki əhalisinin gülləbaran edilməsi həmin rejimin tam mahiyyətini ortaya qoyur. Azərbaycan ultimatum verməlidir. Dinc sakinlərə qarşı bu təxribatlar dayandırılmalıdır. Nəticə verməzsə, Azərbaycan öz sözünü deməlidir”.

Fəzail Ağamalı - millət vəkili
Fəzail Ağamalı - millət vəkili