Xalq artisti Zeynəb Xanlarova əməkdar artist Röya Ayxanın ünvanına təriflər yağdırıb.

Axşam.az-ın məlumatına görə, Z.Xanlarova "Bizimləsən" verilişində müğənni haqda bunları deyib:

"Oxuyanların içində ürəyimə yatan Röyadır. Mən onu çox bəyənirəm, bunu dəfələrlə demişəm. Ürəkdən danışıram.

Onun 50 qram səsi var, 1 ton ürəyi. Ondan xoşum gəlir, qulaq asa bilirəm. O birilər inciməsinlər, yalandan tərifləyə bilmərəm".

Milli.Az