Əməkdar artist Cavan Zeynallı cavanlığı ilə bağlı maraqlı açıqlama verib.
Axşam.az-ın məlumatına görə, caz ifaçısı “5/5” verilişində gənc yaşlarında heç vaxt qızla görüşə çıxmadığını deyib:
“Cavanlıqda heç görüşə getməmişəm. Mən ev uşağı olmuşam. Həm də qızlar məndən uzaq gəzirdilər. Yaxınlaşıb nəsə soruşmaq istəyirdim, qaçırdılar. Güzgüdə özümə baxıb, həmişə sual verirdim ki, “Niyə qaçırlar?”. Daha sonra Röya xanımla tanış oldum və evləndim”.