Bugün Azərbaycanın xalq artisti, Zeynəb Xanlarovanın qardaşı qızı Mehriban Xanlarovanın doğum günüdür.
Akademik Milli Dram Teatrının aktrisasının bugün 49 yaşı tamam olur.
Milli.Az 1xeber.com-a istinadən bildirir ki, adı və başı qalmaqallardan və odlu-alovlu çıxışlardan açılmayan aktrisanı yeni mövsümdə maraqlı rollarda görəcəyik.
Mehriban xanımın sözlərinə görə, filmlərdən biri "Nazlı" sentyabrdan kinoteatrlarda yayımlanacaq.
Bu filmdə aktrisa kazinoya rəhbərlik edən qadın obrazını canlandırıb.
Oynadığı bütün rolları məharətlə ifa edən Mehriban bu dəfə Tükəzban olacaq
Milli.Az