Malayziyada komik və absurd qarət hadisəsi yaşanıb.

Paytaxt Kuala-Lumpurun küçələrindən biri ilə evinə qayıdan 25 yaşlı qadın dar yolda qəflətən motosikletçi ilə qarşılaşıb.
Motosikletdən düşən şəxs qadını bıçaqla hədələyərək onun çantasını əlindən alıb.
Milli.Az Malay Online-a istinadən bildirir ki, çantanı qadının əlindən qoparıb alan quldur qaçmağa başlayıb.
Hicablı qadın da fürsəti fövtə verməyərək quldurun motosikletinə oturub və olay yerini tərk edib.
"Yanlış" istiqamətə qaçdığını anlayan quldur geri qayıdaraq motosikletə çatmaq istəsə də, alınmayıb.
Malayziyalıların üstlərində çox nağd pul gəzdirmədiklərini nəzərə alsaq, bu olayda kimin itirdiyi, kimin də qazandığını siz düşünün.
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.
Hicablı qadın və dünyanın ən idiot qulduru - VİDEO - FOTOфото

Hicablı qadın və dünyanın ən idiot qulduru - VİDEO - FOTO