Xaliq Tağıyev atası, məşhur bəstəkar Ələkbər Tağıyevlə bağlı maraqlı fakt açıqlayıb.
Milli.Az publika.az-a istinadən bildirir ki, açıqlama verən X.Tağıyev vaxtilə atasının təqib olunduğunu deyib: "O vaxt atama hər yerdə təzyiq göstərirdilər. Deyirdilər ki, guya atam fars mahnılarını oğurlayır. Xüsusi adam tutmuşdular, radiolarda səslənən mahnıları nəzarətdə saxlayırdılar. Məqam axtarırdılar ki, desinlər, Ələkbər Tağıyev filan mahnını kimdən oğurlayıb. Ələkbərinsə vecinə də deyildi, o həmin adamlara gülürdü. Çünki bilirdi ki, heç nə sübut edə bilməyəcəklər, atam o mahnıları özü bəstələyirdi. İndi o adamların bəziləri sağdır, amma ad çəkib, onları utandırmaq istəmirəm".
Qeyd edək ki, Ə.Tağıyev xalq artisti Zeynəb Xanlarova, Nisə Qasımova, Məmmədbağır Bağırzadə və bir çox məşhur sənətkarların üzə çıxmasında böyük rol oynayıb. Həvəskar bəstəkar olduğu üçün onu bəstəkarlar ittifaqına üzv qəbul etməyiblər və təzyiqlərə məruz qoyublar.
Milli.Az