Bakısız yaşaya bilməyən və ölkəmizdən ayrılan kimi özünü öldürən rus şairi - FOTO/VİDEO

Bakısız yaşaya bilməyən və ölkəmizdən ayrılan kimi özünü öldürən rus şairi - FOTO/VİDEO
10:38 4 Oktyabr 2016
172 Digər
Ölkə mətbuatı
A- A+

Dünən böyük rus şairi, adı qısa zamanda dahi şairlərlə bir sırada çəkilən, ədəbiyyatdakı yeni dəst-xətti ilə seçilən Sergey Yeseninin doğum günü idi. Bu münasibətlə "Anarın müəllif araşdırması" layihəsi çərçivəsində Yeseninlə bağlı maraqlı faktları təqdim edirik.

Publika.az xəbər verir ki, 1895-ci ildə Ryazan quberniyasının Kuzmino vilayətinin Konstantinovo kəndində dünyaya gələn Sergey Yesenin 1913-cü ildə azad dinləyici kimi Şanyavski Universitetinə daxil olsa da, il yarımdan sonra maddi çətinlik səbəbindən kəndə qayıtmağa məcbur olur.

İlk kitab "Радуница"nın nəşrindən sonra şairin ədəbi yaradıcılığa həvəsi daha da artır. Şair və yazıçılarlıa müntəzəm görüşlər onun yaradıcılığa həvəsini daha da artırır.

1913-cü ildə Sergey Yesenin mətbəədə korrektor işləyən Anna Romanovna İzryadnova ilə tanış olur. Bu tanışlıq 1 il sonra cütlüyün evlənməsi ilə nəticələnir. Bir il sonra onların Yuri adlı övladları dünyaya gəlir.

Lakin bu evliliyin ömrü qısa olur. Nədənsə şair ilk evliliyinin üstündən sükutla keçərək “1917-ci ildə, 22 yaşında Z.N.Rayx ilə ilk evliliyim baş tutdu”, - deyir. Amma sənədlər də başqa faktı deyir.

1921-ci ildə A.Dunkan ilə evlənən şair İspaniya istisna olmaqla bütün Avropanı gəzdikdən sonra Amerikaya yollanır.

Şəxsi həyatında qadınların çox olduğu Yesenin zərif cinsin nümayəndələrindən çox şey öyrənib və sir deyil ki, bunu öz yaradıcılığına da köçürüb.

Özünəməxsus dəst-xətti ilə seçilən lirik şairin sağlığında təkrar nəşrlər də nəzərə alınmaqla, 30-a yaxın kitabı işıq üzü görüb.

Yeseninin yaradıcılığının bir hissəsi məhz Azərbaycanla, Bakı ilə bağlıdır. 1924-1925-ci illərdə Bakıda olmuş şairin yaradıcılığının ən məhsuldar dövrü də elə bu illərə düşür. Məsələ burasındadır ki, şair paytaxtda olduğu dövrdə Bakı mediasında Yeseninin 40-a yaxın şeir və poeması dərc olunub.

Hazırda Rusiya mətbuatı qısa Bakı həyatının Yeseninin yaradıcılığında mühüm rol oynadığını etiraf edir. Təkcə onu qeyd etmək kifayətdir ki, lirik şairin sevgi poeziyasının ən yüksək zirvəsi sayılan "İran nəğmələri" silsiləvi şeirləri məhz Bakıda yazılıb.

47 şeiri və üç poeması onun əsərlərini ən çox dərc edən "Bakinski raboçi" qəzetində oxuculara təqdim olundu. Ümumilikdə o zamankı Azərbaycan mediasında 48 seir və 3 poeması işıq üzü görən şair Azərbaycanla bağlı xoş təəssüratlara malik idi. Bunu şair özü də məşhur "Прощай, Баку" şeirində təsvir edib:

Прощай, Баку! Тебя я не увижу.

Теперь в душе печаль, теперь в душе испуг.

И сердце под рукой теперь, больней и ближе,

И чувствую сильней простое слово: друг.

Прощай, Баку! Синь тюркская, прощай!

Хладеет кровь, ослабевают силы.

Но донесу, как счастье, до могилы

И волны Каспия, и балаханский май.

Прощай, Баку! Прощай, как песнь простая!

В последний раз я друга обниму…

Чтоб голова его, как роза золотая,

Кивала нежно мне в сиреневом дыму.

Qeyd edək ki, onun sözlərinə bəstələnmiş musiqi Müslüm Maqomayevin də ifa etdiyi son mahnıdır. Ədəbi və tarixi mənbələrə əsasən şeirləri dünyanın 57 dilinə, o cümlədən Azərbaycan dilinə tərcümə olunan şair 1925-ci ildə sonuncu dəfə Bakıya gələrkən bakılılar və Bakısız yaşaya bilmədiyini deyirmiş.

Lirik şairin ana dilimizə ən çox tərcümə edilən əsərləri "До свиданья, друг мой, до свиданья" və "Прощай, Баку!" şeirləridir.

Bakıdan qayıtdıqdan 5 ay sonra - 1925-ci il dekabrın 27-dən 28-ə keçən gecə Leninqradın "Anqleter" otelində intihar etdiyi bildirilən Yeseninin ölümü mübahisəli məsələ olaraq qalmaqdadır. Məsələ burasındadır ki, sonralar şairin qətlə yetirilərək sonradan asılması haqda çoxsaylı versiyalar mətbuatda müzakirə edilməyə başladı.

Anar Tağıyev







Xəbərin orijinal ünvanı: http://publika.az/projects/anarteqdimedir/170849.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR