Xalq artisti: "Yoldaşımı qısqanmayanda, ailəmdə söz-söhbət olur"

Xalq artisti: "Yoldaşımı qısqanmayanda, ailəmdə söz-söhbət olur"
11:49 4 Oktyabr 2016
54 Digər
Ölkə mətbuatı
A- A+

“Düz 55 ildir ki, ailəliyəm, hər gün xanımımı qısqanıram”.

 

Lent.az-ın məlumatına görə, bu sözləri “Ondan sonra” verilişində xalq artisti Teymur  Mustafayev deyib. O, xanımını çox qısqandığını bildirib: "Qısqanmaq çox gözəldir. Yoldaşımı hər gün qısqanıram, bir gün qısqanmayanda, söz-söhbət yaradır. Deyir, bu kişiyə nəsə olub, mənlə maraqlanmır. Mən onu qısqananda, ürəyinə yağ kimi yayılır. Hara baxdın? Niyə baxdın? Niyə bunu eləmədin? Kimi suallarım onu bezdirmir. Mən onu qısqananda da şirin dillə qısqanıram. Sualı acıqlı vermirəm ki, xətrinə dəyməsin. Yoldaşım həkimdir, düz, 55 il onun nazını çəkmişəm. Onun nazını məndən başqa heç kim çəkə bilməz. Təkcə mənim gücüm çatır ona”. 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/255499

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR