Arif Babayev 30 illik Leylisi ilə - FOTO

Arif Babayev 30 illik Leylisi ilə - FOTO
15:48 17 Oktyabr 2016
103 Şou
Ölkə mətbuatı
A- A+

Opera səhnəmizin ən parlaq Leylisi və Məcnunu uzun illərdən sonra birlikdə foto çəkdirib.

Publika.az xəbər verir ki, Xalq artistləri Zeynəb Xanlarova ilə ustad xanəndə Arif Babayev tədbirlərin birində fotokameralara tuş gəlib.

Həmin fotonu Xalq artisti, xanəndənin tələbəsi Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb.

İllərin sənətkarları fotonu maraqla izləyib.

Qeyd edək ki, Azərbaycan səhnəsinin ən coşqun, parlaq, maraqlı xarakterli “Leyli”lərindən biri Zeynəb Xanlarova olub. Onun xalq artisti Arif Babayevlə iştirak etdiyi “Leyli və Məcnun” operası bütünlüklə lentə yazılıb. Tamaşaçılar bu sənətkarların ötən fəaliyyətlərinə istədikləri vaxt baxa bilərlər.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/172470.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR