Xalq artisti həkimlərdən imtina etdi

Xalq artisti həkimlərdən imtina etdi
16:18 19 Oktyabr 2016
133 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti, ustad xanəndə Əlibaba Məmmədovun səhhətində problemlər yaranıb.

Publika.az-a açıqlama verən sənətkar soyuqladığını deyib:

“Havaların soyuması, yağışlar səhhətimə təsirsiz ötüşmədi, zökəm oldum. Yaşlı adamam, mən yaşda insanlar üçün xəstəlik adi haldır. Soruşanda ki, hansı xəstəlikdən müalicə olunursan, daha bir-bir xəstəliklərimi sadalamıram, elə deyirəm ki, qocalıq xəstəliyinə tutulmuşam. Həkim də cağırmıram, onları qınamalı deyil, neyləsinlər, burdan müalicə edirlər, ordan xəstələnirəm. Allah verən ömürdür, harda qırıldı qırılacaq”.

Milli Konservatoriyanın müəllimi olan xanəndə xəstəliyi ilə əlaqədar dərsə getmədiyini də deyib:

Xəstə olduğum üçün evdən çıxmıram, dərsə getmirəm. Sağ olsun telekanalları, dəvət edirlər, amma gedə bilmirəm. Verilişdə oturmağa halım yoxdur, məndən inciməsinlər”.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/172757.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR