Rusiyada həbs edilən həmyerlimizə yenidən HÖKM OXUNDU

Rusiyada həbs edilən həmyerlimizə yenidən HÖKM OXUNDU
11:14 20 Oktyabr 2016
70 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada həbs edilən azərbaycanlı cinayətkarın cəzası tənzimlənib. Rusiyada hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən Elşən Həsənovun cəzasının Azərbaycan qanunvericiliyinə əsasən tənzimlənməsinə baxılıb.

 

Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarı ilə E.Həsənovun cəzası Azərbaycan qanunvericiliyinə uyğunlaşdırılıb. O, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, E.Həsənov 2014-cü ildə Rusiya Federasiyasında saxlanılıb. Ona Cinayət Məcəlləsi ilə hədə-qorxu ilə külli miqdarda pul tələb etmə maddəsi ilə ittiham olunub. O, Rusiyada 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. E.Həsənov daha sonra Azərbaycana təhvil verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR