"Report"un "Daily Mail"ə istinadən verdiyi məlumata görə, "PGA Tour" adlı yarışın təşkilatçıları ilan ovu xidmətinə müraciət edib. Mütəxəssislər pitonu tutaraq xüsusi kisəyə yerləşdiriblər. Bundan sonra turnir davam etdirilib.
Qeyd edək ki, 1991-ci ildən istifadədə olan qolf sahəsində vəhşi heyvanlara tez-tez rast gəlinir.
