"ARB Ulduz"da yayımlanan "Şou məkan" verilişinin qonağı olan muğam ifaçısı İlahə İbadova maraqlı açıqlamalar verib.
Sevilən muğam ifaçısı efirlərdə az görünməsinin səbəbini açıqlayıb:
"Yay mövsümü olduğu üçün az-az görünürdüm. Düzdür, dincəlməyə də getmədim. Artıq məni efirlərdə tez-tez görəcəksiniz.
İlahə İbadova bəzi həmkarları haqda sərt danışıb:
"Əslində, görünən müğənnilərin çoxunun yeri yoxdur. Kim yer etmək istəyirsə, eləsin. Hər kəsin şəxsi işidir. Muğam ifaçısı olduğum üçün bizə belə tərbiyə veriblər ki, başını aşağı sal, işinlə məşğul ol!"
İlahə İbadova hansı müğənniləri dinlədiyini də açıqlayıb:
"Təbii ki, xanəndələri dinləyirəm. Müəllimlərimi, Əlibaba Məmmədovu, Arif Babayevi, Alim Qasımovu, Ağaxan Abdullayevi, Zabit Nəbizadəni, Mənsum İbrahimovu, Nəzakət Teymurovanı, Səkinə İsmayılovanı dinləyirəm. Yəni ustadlarımıza qulaq asıram".
Xanəndə sonda yeni layihələrindən danışıb:
"Yeni mahnılar olacaq. Hələ ki, klip söz vermirəm. Otuduğum yerdə də klip çəkdirmək ağılma gələ bilər. Ola da bilər ki, bu ilin sonuna kimi klip çəkilməsin. Ancaq yeni mahnılar olacaq".
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:





