"Şəhidlərin qarşısında baş əyən erməniləri Bakıya buraxmağa razılıq verməliyik" - Zahid Oruc

"Şəhidlərin qarşısında baş əyən erməniləri Bakıya buraxmağa razılıq verməliyik" - Zahid Oruc
12:49 28 Oktyabr 2016
59 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycanın ərazi bütövlüyünü tanıyan, Konstitusiyaya hörmət edən, Azərbaycan xalqına qarşı cinayətlərdə iştirak etməyən, Şəhidlər xiyabanına gedərək şəhidlərin qarşısında baş əyməyə hazır olan ermənilərin Bakıya buraxılmasına razılıq verməliyik”.

 

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zahid Oruc deyib. Onun sözlərinə görə, müxtəlif ölkələrdə yaşayan bəzi ermənilər Azərbaycana qarşı loyal mövqedədirlər: “Ermənistan zamanla ayrı-ayrı şəxslərdən ölkəmizə qarşı istifadə edib. Ancaq təklif edirəm ki, səngərdə dayanan erməni ilə mülki ermənini ayıraq. Bu yaxınlarda İsveçrədə mühacirətdə yaşayan Vaqe Avetiyan Bakıya gəlmişdi, ermənilərin törətdiyi əməllərə görə üzr istəmişdi və Şəhidlər Xiyabanını ziyarət etmək istəyirdi”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR