Nisədən 7 ildir küsülü olduğu Brillianta barışıq jesti

Nisədən 7 ildir küsülü olduğu Brillianta barışıq jesti
15:34 13 Noyabr 2016
92 Digər
Ölkə mətbuatı
A- A+

Xalq artisti Nisə Qasımova 7 ildir küsülü olduğu həmkarı Brilliant Dadaşovaya barışıq addımı atıb.

Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, müğənni bildirib ki, bundan sonra kimləsə küsülü qalmaq istəmir:

“Ömür boyu ürəyimi, əllərimi barış üçün açmışam. Bilmirəm niyə müğənnilər arasında dostluq olmur? Bəlkə, həyatımın elə çağıdır ki, heç kimlə küsülü qalmaq, kimisə itirmək istəmirəm. O mənə “salam” versə, onu öpərəm də, qucaqlayaram da, yanağından dişləyərəm də... Səni ölməyəsən, sənətin bundan da yüksək olsun. Bizim küsüb-barışmağımızın mahiyyəti var. Biz barışsaq, ömürlük olacaq, bir-birimizin arxasınca danışmayacağıq”.

Küsülü olmalarının səbəbi ilə bağlı suala isə N.Qasımova belə cavab verib:

“Ola bilsin mən və ya o, günühkardır. Ya da elə hər ikimiz günahkarıq”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259355

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR