Britaniyalı müğənni Adel Avstraliyada konsert verməyi planlaşdırır.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, dünyanın bir çox ölkələrində olan Adel ilk dəfədir ki, Avstraliyaya gedir. O, adıçəkilən ölkənin müxtəlif şəhərlərində, o cümlədən, Sidney, Brisben, Pert, Melburnda konsert proqramı ilə çıxış edəcək.
Qeyd edək ki, bir müddət əvvəl ifaçı səhnədən gedəcəyini bildirib. O, bir oğlu olan Andjela ilə vaxtını keçirəcəyini və bir daha sənətinə geri dönməyəcəyini söyləyib.