Fira Sevil-Sevinc bacılarına canlı efirdə niyə uşaq bezi verdi? - FOTO

Fira Sevil-Sevinc bacılarına canlı efirdə niyə uşaq bezi verdi? - FOTO
13:27 17 Noyabr 2016
258 Şou
Ölkə mətbuatı
A- A+

Bu suala noyabrın 13-də sübh tezdən Xəzər TV-nin tamaşaçıları "Oyan, Azərbaycan" verilişində cavab tapdılar.

Müğənni Ramal İsrafilovun qardaşları ilə canlı ifası noyabrın 12-də şənbə səhərini bəzədi. Aparıcı Firuzə Cəlilova: "Adətən evdə 3 qardaşdan ya böyüyünə xüsusi diqqət göstərirlər, ya da kiçiyinə. Sizdə əksinə olub, deyəsən, - evin ortancılı Ramal aranızda ən ərköyündür, həm də daha tez tanınıb və digərlərini də arxasınca çəkib", - soruşdu.

Ramal: "Çünki aramızda birinci mən başlamışam oxumağa", - dedi. Özü də sən demə, Ramal hələ uşaq ikən Zeynəb Xanlarovanın "Qalmaz belə dünya" mahnısını oxumağı çox sevirmiş. "İndiyədək Zeynəb xanımın fanatıyam", - deyən müğənninin qardaşları ilə xoş zarafatları, dinamik mahnıları tamaşaçılara bolluca pozitiv impuls verdi.

Bazar günü efirində isə əsl "fırtına" yaşandı. Sevil və Sevinc Səfərova bacıları 2 gün sonra ad günlərini "Oyan, Azərbaycan"ın efirində qeyd etməyi qərarlaşdırsılar da, aparıcı Firanın onlara nə sürpriz hazırladığından xəbərsiz idilər. Fokusçu ilə yaşanan həyəcanlı dəqiqələr, bacıların etirafına görə, onlara ən yaxşı hədiyyə oldu. Lakin Fira bununla kifayətlənməyib, studiyaya "Xəzər maqazin"in aparıcısı Çinarə Cəlilovanı ad günü tortu ilə dəvət etdi. Çəhrayı rəngli tort isə adi deyildi - uşaq bezlərindən hazırlanmışdı - "Yeni doğulanlara nə lazımdır - əmzik və bez. Baxın, üzərində əmzik də var, qızlar", - deyən Firanın zarafatına Sevinc: "Mən bu tortu eyham kimi başa düşdüm - yəni, qızlar, bəsdir evdə yatdınız, ərə getmək lazımdır", - cavabını verdi.

Onlarla yaşanan əyləncəli dəqiqələr, maraqlı həmsöhbətlər, müxtəlif problemlərin həllinə dair araşdırma materialları və verilən "SOS" siqnalları, ümidvarıq ki, hədəfinə çatdı.

Şəhərin müxtəlif yerlərində gizlədilmiş 3 açarı tapan fanatlar Ədalət Şükürovla "Ulduzlu açar" rubrikasında görüşdülər.

Millət vəkili Rafael Cəbrayılov Konstitusiya Gününün tarixçəsi haqda fikirlərini seyrçilərlə bölüşdü.

Qaradağ rayon Məşğulluq İdarəsinin direktoru Tahir Hüseynov rayon üzrə yeni iş yerlərini əhaliyə təqdim etdi. Bu arada qeyd edək ki, hər həftənin şənbə günü efirə bir rayonun məşğulluq xidmətinin rəhbəri gələrək, vakansiyalar haqda məlumat verir. İş axtaran seyrçilərin sadəcə canlı efir zamanı 404 3115 şəhər nomrəsinə zəng vurmaları kifayətdir.
 
Qeyd edək ki, trend.az, day.az, milli.az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın layihə rəhbəri Firuzə Cəlilova, baş redaktoru İlhamə Novruzovadur. Foto dəstəyi Bakupic Group-a aiddir. Veriliş Xəzər TV-də hər həftənin şənbə və bazar günləri, saat 8.00-11:00 radələrində efirə çıxır.

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/490296.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR