İŞİD-in İsrail yığmasına hücumunun qarşısını alındı

İŞİD-in İsrail yığmasına hücumunun qarşısını alındı
04:49 18 Noyabr 2016
76 Digər
Ölkə mətbuatı
A- A+

Kosovo polisi İŞİD silahlılarının planlaşdırdığı silsilə terror aktlarının qarşısının alındığını bildirib.

 

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, polisin məlumatına əsasən,  hücumlardan biri DÇ-2018 seçmə mərhələsində Albaniyaya gəlmiş İsrailin futbol üzrə milli komandasına qarşı planlaşdırılırmış.     

 

Qeyd edək ki, ötən həftə Albaniya-İsrail matçının keçiriləcəyi məkan təhlükəsizlik baxımından dəyişib. Çernoqoriya ilə həmsərhəd Şkodere şəhər stadionunda keçiriləcək oyun paytaxta yaxın olan stadionlardan  birində qonaqların 3:0 hesablı qələbəsi ilə keçirilib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259813

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR