Alim Qasımov qızı ilə ABŞ-a gedəcək

Alim Qasımov qızı ilə ABŞ-a gedəcək
17:11 22 Noyabr 2016
84 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Alim Qasımov və qızı, əməkdar artist Fərqanə Qasımova ABŞ və Avstraliyaya qastrol səfərinə hazırlaşırlar.

Axşam.az-ın məlumatına görə, muğam ifaçıları ilk olaraq ABŞ-da konsert proqramı ilə çıxış edəcəklər. Qastrol səfəri gələn il yanvarın 5-dən 16-dək davam edəcək. Konsertdə ABŞ-ın məşhur “Mart Morris” rəqs qrupunun rəqs ifaları altında “Leyli və Məcnun” operasından səhnəciklər təqdim olunacaq. ABŞ-da baş tutacaq konsert proqramı “Yo-Yo Ma” və “İpək Yolu” ansamblının müşayiəti ilə reallaşacaq.

Daha sonra Avstraliyanın Sidney şəhərində konsert proqramı nəzərdə tutulur. A.Qasımov və F.Qasımova yanvarın 21-dən başlayaraq iki gün müddətində Sidneydə konsert verəcəklər.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61641

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR