Türkiyədə yaşayan xalq artisti Bakıda - FOTO

Türkiyədə yaşayan xalq artisti Bakıda - FOTO
12:27 23 Noyabr 2016
63 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, xalq artisti Azərin tədbirlərin birində görüntülənib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyədə yaşayan sənətçi bir müddətdir Bakıda olduğunu söyləyib:

"Azərbaycana gəldik,cəbhə bölgələrini ziyarət etdik. Vətənə borcumu yerinə yetirirəm, orada olan əsgərlərin qarşısında çıxış etdim".

Azərin tədbirə birgə qatıldığı bacısını media nümayəndələrinə təqdim edib:

"Zümrüd Milli Konservatoriyanın vokal bölümünü bitirib. Ancaq bəstəkarlığa olan həvəsi daha çoxdur. Mənim ötən il Türkiyədə işıq üzü görən "Ürəklərdə bir iz" albomuma daxil olan bir neçə əsərin müəllifidir. Mən öz təşəbbüsüm ilə "15 temmuz" əsərini dinləyicilərimin ixtiyarına verdim. Həmin mahnının musiqisi də bacıma məxsusdur".

Sənətçi illər sonra xarici görünüşündə dəyişiklik etməsinə də münasibət bildirib:

"Mən dəyişməyi sevmirəm, hər şeyə sadiq olan bir insanam. Arada dəyişiklik lazımdır. Ancaq həmin dəyişiklik ifa tərzimə yox, saçıma yansıdı. Çəkimi də bədahətən atdım. Xüsusi bir pəhriz saxlamadım".

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/492163.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR