Milli Məclisin üzvü bazarda havayı mal almaq imtina edib.

Milli.Az xəbər verir ki, həmin millət vəkili Aydın Mirzəzadə olub.

Onun sözlərinə görə, bu gün günorta vaxtı "Təzə bazar" adlanan ticarət mərkəzinə ev üçün bazarlığa gedib və maraqlı hadisə ilə rastlaşıb:

"İki nəfər ayrı-ayrı satıcı aldğım mal üçün məndən "sizi tanıyırıq" deyə pul götürməkdən imtina etdi. Mən də pulsuz mal almaqdan imtina etdim, ancaq narazılıq yaranacağını bildirdiklərindən onlara təşəkkür etdim. Əziz dostlar, xahiş edirəm, belə etməyin, məndən ikiqat ödəniş alın".

İlkin İzzət

Milli.Az