x
Loading...
.

Günahkar jurnalistlər, Fərdanın "Selfinaz"ı, Kamilin söz atışması HƏFTƏBECƏR

Günahkar jurnalistlər, Fərdanın "Selfinaz"ı, Kamilin söz atışması HƏFTƏBECƏR
09:17 16 Yanvar 2017
Ölkə mətbuatı
A- A+
.

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (109-cu say) təqdim edir.

Ötən həftə şərh yazan və bəyənməyən hər kəsə təşəkkürümü bildirirəm. Sevinirəm ki, sözünü çəkinmədən yazan oxucularım var. Gerçəkdən də, əhsən sizə!
Bu dəfə həftənin son günlərindən başlayaq.

Müğənni Gülay Zeynallının həyat yoldaşı Kamil Zeynallı ilə bir aparıcının arasında söz atışması oldu. Tərəflər bir-birinin söymədikləri yerini saxlamadılar. Axırda aparıcı çıxıb açıqlama verdi ki, Kamil üzr istədi və ardınca həmin xanım başladı jurnalistləri günahlandırmağa. Doğrusu, bilmirəm, qorxusundan belə açıqlama verdi, yoxsa, doğrudan da, jurnalistlər günahkar imiş. Hər nə idisə, açıq formada bu cür təhqirlər yolverilməzdir.

Ötən həftənin yaddaqalan hadisələrindən biri Fərdanın "Selfinaz"ı idi. Hamı baxdı, çoxu tənqid elədi. Amma tənqid edənlərə baxırsan ki, əksəriyyəti 3-4 dəqiqə baxıblar. Guya Cem Yılmazı yamsılayıbmış. Lap tutaq ki, yamsılayıb. Amma bu qədər kin-küdurət, nifrət haradan? Mən demirəm ki, Fərda dahi aktyordu, amma istedadlıdır axı. Niyə üstündən xətt çəkək?

Zaurun "Tanıdım səni" verilişinə baxıram. Əvvəl elə bildim ginekoloji məsləhətlər proqramıdır. Sonra gördüm ki, yox, ekranın kənarında verilişin adı da yazılıb. Teymur Əmrah Gülyanağa deyir ki, indi səni burada sancı tutacaq, doğacaqsan, o da gülür. Zaur da deyir ki, onu özüm buradan təcili yardım maşınında yola salacağam. Zaurla Teymuru başa düşdük, bəs bu Gülyanaq nə yedi bu günə düşdü? Deyəsən, hər şey xalq artisti adını alana qədər imiş. Hələ bir açıqlamasını oxuyun:

"Bu bir növ zarafat idi. Efirdə hamı bir-biri ilə zarafat edir də. Ana olmaq ayıbdır ki? Efirdə ginekoloqlar bundan da qat-qat tutarlı sözlər danışırlar. Onda gərək heç kim ana olmasın? Mən özümə və tamaşaçılarıma hörmət etməyi bacarıram. İncəsənət aləmində olan insanın gərək bir qulağı kar olsun ki, bu cür tənqidləri qəbul etməsin. Sənətə gələndə bunları gözə almışdım".

Şəxsən mənim sözüm yoxdur. Bu adam dərk etmir ki, Teymur Əmrah ginekoloq, o da ginekoloqun yanına gəlmiş pasient deyil, bura efirdi, onlar da guya, Allah qoymasa sənətçilərdir. Nəysə...

Türkiyəli müğənni Kibariye maraqlı etiraf edib. Deyib ki, bir gün İbrahim Tatlısəs bizə gəlmişdi, corablarını yumağımı xahiş etdi, mən də yudum. Deyirəm, vaxtında İlhamə Quliyevanın da ayaqlarını, corablarını yumağa hazır olan nə qədər sənətçiciklər var idi, indi hamısı arxasınca danışır. Demirəm ki, İlhamə övliya idi, günahsız idi, xeyr. Sadəcə, zamanında yanında deyə bilmədiklərini indi deməkləri məsələsi var.

Elxan Şirinovu tutub qəzetə, sayta müsahibə almaq olmur. Gah böyrəyi ağrıyır, gah başının ağrısı ciyərinə vurur. Amma axır vaxtlar hansı efirə baxırsan, Nazpəri kimi oradadı. Yeri gəlmişkən, bayram verilişləri bitdi, Nazpəri də itdi. Yəqin bir də gələn bayramda görünər efirdə.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/507866.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR