72 yaşlı, psixi sapıntıları olan, əqli cəhətdən zəif qadın vəhşicəsinə öldürülüb. Onun başını "Allahu-əkbər!" sədaları altında kəsiblər. Səbəb isə bu yaşlı qadının "cadugərlik"də suçlanması, "bəxt bağlamaq"da şübhəli bilinməsi olub.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, Banqladeşin paytaxtı Dəkkədə yaşayan 72 yaşlı Nurcahan Bequmun cəsədi həyətində tapılıb. Onun başını kəsiblər.
Nurcahan Bequm sufi idi və minlərlə, on minlərlə banqladeşli onu "canlı pir" sayır, sitayiş edirdilər.
Polis rəisi Farigül Aləmın dediyinə görə, əqli cəhətdən zəif olan Nurcahanın evi ziyarətgah idi. Hər gün yüzlərlə insan buraya gəlir, istək və dualarını Nurcahana çatdırırdılar.
N.Bequm Banqladeşdə 2003-cü ildən bəri qətlə yetirilən 14-cü məşhur sufidir.
Banqladeşdəki radikal islamçılar sufiliyi "mürtədlik" və "şirk" sayırlar.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
