Zeynəb Xanlarovanın oğluna vəzifə verildi

Zeynəb Xanlarovanın oğluna vəzifə verildi
13:41 3 Fevral 2017
614 Şou
Ölkə mətbuatı
A- A+

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrinə iki müavin təyin olunub.

Axşam.az "APA-Economics"ə istinadən xəbər verir ki, Azərbaycan prezidentinin 2 fevral 2017-ci il tarixli sərəncamları ilə Niyazi Süleyman oğlu Rəhimov və Ramin Səlim oğlu Babayev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin müavinləri təyin edilib.

Bunadək N. Rəhimov komitənin aparat rəhbərinin müavini, R. Babayev isə adıçəkilən qurum yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifələrində çalışıb.

Qeyd edək ki, Ramin Babayev xalq artisti Zeynəb Xanlarovanın oğludur.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=65906

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR