"Türkiyəyə səfərə hazırlaşıram. Mart və apreldə alboma daxil olacaq mahnıları işləmək üçün orada bəstəkarlarla görüşəcəm".
Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Şahin deyib.
O bildirib ki, aktyorluq dərsləri alacaq:
"Azərbaycandan kənarda aktyor kimi çalışmaq üçün xaricdə təhsil almağı düşünürəm. Fikrimcə, bu gün təhsilə xərclədiyim pul və vaxt öz bəhrəsini verəcək".
Şahin Azərbaycanda dinləyicilərin sevdiyi mahnı üslubundan danışıb:
"Bu harda və hansı mühitdə yaşayan insandan asılıdır. Qürbətdə yaşayan azərbaycanlılar ölkəmizdə istehsal olunan bütün üslubda mahnıları sevə-sevə dinləyirlər. Çünki onlar qəribçilik çəkir, onlara azərbaycanlılara qulaq asmaq xoşdur. Burada isə müxtəlif kateqoriyada dinləyici var. Kimi milli, kimi klassik, kimi caz, kimi də Avropa üslublu pop mahnılarını xoşlayır. Musiqi bazarında reklamı güclü olan müğənninin mahnısı dinlənilir və tanınır".
Gənc ifaçı apreldə Türkiyə səfəri zamanı klip çəkdirəcəyini də söyləyib. O, ekran işini İstanbulda lentə aldıracağını deyib.
"Digər sənətçilərdən necə fərqlənməyi düşünürsünüz" sualına müğənni belə cavab verib:
"İdeyalarım çoxdur, lakin hər işin arxasında böyük maliyyə dayanır. Mən də o işləri öz büdcəmlə yox, sponsor dəstəyi ilə etmək istəyirəm. Zamanla bu da olacaq. Əgər o arzularım gerçəkləşsə, şou-biznesə yenilik gətirə bilərəm".
Şahin bəyəndiyi və dinlədiyini müğənnilərdən də söz açıb:
"Azərbaycandan yalnız klassik ifaçılarımızı, hansı ki, peşəkar bəstəkarlarla çalışıb, oxuduğu mahnılara öz möhürünü vurmuş sənətkarları dinləyirəm. Müslüm Maqomayev, Rəşid Behbudov, Şövkət Ələkbərova, Oktay Ağayev, Mirzə Babayev, Elmira Rəhimova, Flora Kərimova, Zeynəb Xanlarova, Polad Bülbüloğlu, Akif İslamzadəni dinləyirəm. Estrada sahəsində isə Emin Ağalarovu çox bəyənir və onunla fəxr edirəm. Təbii ki, dünya musiqisi də mənim üçün hər zaman maraqlı olub".
Sənətçi qalmaqalla gündəmə gəlməyə qarşı olduğunu deyib:
"Vaxt tapdıqca xəbərləri oxumağa, maqazin verilişlərini izləməyə çalışıram. Reytinq xatirinə qalmaqalı tək bizdə yox, bütün dünyada edirlər. Əgər bir insanın sənəti söz demirsə, qalmaqala əl atacaq. Bu yolla diqqət mərkəzində olmaq istəyir. Bu yolun sonu qaranlıqdır. Özünə hörmət edən şəxs qalmaqal yaratmaz".
"Özünə hörmət edən şəxs qalmaqal yaratmaz" - Şahin
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Ferhat Göçer Bakıda konsert verəcək
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Qürurları ilə seçilən 3 bürc
Bu gün
·
01:15
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
Bu gün
·
00:18
Azərbaycanlı idmançılar Avropa birinciliyində 3 medal qazandı
Bu gün
·
00:14
Füzulinin işğaldan azad olunmasından altı il ötür
Bu gün
·
00:04
70 il əvvəl qaçan balıqlar ölkəni fəlakətə sürüklədi
Dünən
·
23:25
Zelenski Trampa cavab verdi
Dünən
·
23:20
Alyona Əliyeva paylaşım etdi
Dünən
·
23:15
Pensiyalar bu tarixdə arta bilər
Dünən
·
22:53
“Qalatasaray” tənqid edilən Sane ilə yollarını ayırır?
Dünən
·
22:49
20 il hərbi pilot oldu, indi Çempionlar Liqasında tarix yazır
Dünən
·
22:17
Trampın çıxışı zamanı mühafizəçilərin hərəkəti diqqət çəkdi
Dünən
·
22:09
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə görüşdü
Dünən
·
21:52
“Real" Bellinqemlə bağlı qərar verdi
Dünən
·
21:43
“Environmental Protection First” beynəlxalq ictimaiyyətə müraciət etdi
Dünən
·
21:34
Bu ərazilərə yeni marşrut açılır
Dünən
·
21:18