22 yaşlı tələbə dünyanı dolaşır, ekzotik məkanlarda, məşhur kurortlarda istirahət edir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Avstraliyanın Sidney Universitetinin hüquq fakultəsinin tələbəsi Sara Kohan həmin məkanlarda çəkdirdiyi fotoları İnstaqram profilində paylaşması nəticəsində sosial şəbəkələrin ulduzuna çevrilməkdədir.
Kuk adası, Bora-Bora, Bahamlar, Avropa, Cənubi Amerika - Saranın dolaşdığı məkanlar çoxdur.
Həmin məkanlardan fotolar nəticəsində Saranın İnstaqram profilinin daimi təqibçilərinin sayı artıq 250 minə çatıb.
Sara Harvard və Kolumbiya universitetlərində də xüsusi kurslarda oxuyur.
Milli.Az








