Müğənni Günay İbrahimlinin "Rəqibim yoxdur" sözü qalmaqala səbəb olub.

Milli.Az-ın axşam.az-a istinadən məlumatına görə, ifaçılar "Xəzər maqazin"ə açıqlamasında sənətçinin bu ifadəsini qınayıblarlar.

Gülay Zeynallı:

"Şövkət Ələkbərova, Zeynəb Xanlarova özünə nə ad qoysun? Elə ifaçı yoxdur ki, ona qulaq asanda ağzım açıq qalsın. Heç vaxt düşünmürəm ki, kimsə mənə rəqibdir, ya yox".

Elçin Cəfərov:

"Bir-birinə rəqib olanlar var. Heç kimdə başqasının adını çəkmir. Deyərdim ki, sakit dursun. İşləyən müğənnilər arasında mən də varam. Bəlkə kiməsə mən də rəqibəm".

Ramal İsrafilov:

"Burada rəqibim yoxdur, hamısı xaricdədir. Burada hamı eynidir, mahnılarda bənzərdir. Mənim rəqibim Castin Biberdir. İlhamə xanım demişkən, özün özünü tərifləməsən, heç kim səni tərifləməz. Mən ulduzam".

Əbdül Xalid:

"Mənim o mənada rəqibim yoxdur ki, səsim gələndə fikirləşmirlər bu kimdir".

Nurlan Növrəsli:

"Hər bir insanın rəqibi var. Heç kim əlçatmaz deyil. Gərək sən o qədər fərqli vokolçı olasan ki, sənə rəqib olmaya. Hər aşiqin öz dövranı var".

Əhməd Mustafayev:

"Özünə quru-quru "ulduzam" demək olmaz. Ona əməl etməlisən. Özünə rəqib görməlisən, yoxsa yerində qalacaqsan".

Milli.Az