Floradan Aygünə: "Kimlərin arxasınca sürünürsən?"

Floradan Aygünə: "Kimlərin arxasınca sürünürsən?"
14:37 24 Fevral 2017
207 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Aygün Kazımovanın həmkarı Flora Kərimova haqqında dediyi, "Urinoterapiya ona əks təsir göstərib" sözləri onlar arasındakı qalmaqalı yenidən alovlandırıb.

Milli.Az-ın metbuat.az-a istinadən xəbərinə görə, F.Kərimova yenidən qarşı tərəfin ünvanına sərt sözlər deyib:

"Mən daima Aygün Kazımovanı sayıb, adını dilə gətirmişəm. O, çox yaxşı şoumendir, mahnılarının gözəl rejissorudur. Aygün Kazımovanın mənim onun üstündəki əməyimi tapdalayıb, üzümə durmasını bağışlaya bilmərəm. Ona heç bir müğənni yiyə durmurdu, mən əlindən tutmuşam. Söhbətdə sənin adın çəkilmişdi? Niyə bu söhbətə daxil oldun? Sən mənə ustadım, müəllimim deyən adamsan. Cəmiyyətdə hansısa söhbəti bitirmək və ya başlatmaq üçün gərək nüfuzun olsun. Səndən qorxuram ki, sözümü bitirəm?"

F.Kərimova həyatda heç kimdən çəkinəcək səbəbinin olmadığını dilə gətirib:

"Aygün məsələyə müdaxilə etməməliydi, ona aid olmayan söhbətə baş qoşmamalıydı. "Urinoterapiya" söhbətini etmisən. Sənin kimi savadsızlar bilmir ki, bu bütün dünyada qəbul olunan müalicə üsüludur. Sənin kim olduğunu bütün Azərbaycan bilir. Mən ailəmin xanımı olmuşam. Qızımın namusundan, oğlumun kişiliyindən, millətimin mənə sevgisindən arxayınam. Sən nədən arxayınsan?! Kimlərin arxasınca sürünürsən?"

Xatırladaq ki, iki məşhur arasındakı qalmaqal A.Kazımovanın F.Kərimova və Zeynəb Xanlarova arasında olan mübahisəyə qoşulması ilə alovlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/520864.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı