Artıq bir neçə gündür davam edən Flora Kərimova və Zeynəb Xanlarova qalmaqalına daha bir məşhur da münasibət bildirdi.
Zeynəb Xanlarovanın qardaşı qızı Mehriban Xanlarova Flora Kərimovanın dediklərinə Metbuat.az-da cavab verib:
“Əslində bu haqda danışmaq istəmirəm. Çünki belə insanlardan danışmağı gərəksiz hesab edirəm. Flora xanım 76 il də yaşasın ki, bəlkə Zeynəb Xanlarova ola bilər... Bunların hamısı paxıllıqdan irəli gəlir. Sənət adamları həmişə paxıl olub və özündən irəlidəkinin ayağına daş atmaq, şər yaxmaq istəyib. Flora xanım elə bir ağ kağıza ləkə salmaq istəyir ki, o kağız ləkə götürmür”.

Mehriban Xanlarova Flora Kərimovanın dediklərinidə yalanlayıb:
“Flora Kərimova yalançıdır. Onun dediklərinin heç bir əsası yoxdur. Onun fikirləri deyil, yanındakıların öyrətdikləridir. Zeynəb Xanlarova heç kimə telekanallarda qadağa qoydurmayıb. O, elə bir şəxsiyyətdir ki, belə işlərə heç vaxt baş qoşmaz”.
Rəvan Nasiroğlu / Metbuat.az