“Feysbuk” “Mossgreen” hərrac evinə avstraliyalı rəssam Çarlz Blekmenin “Qadın məşuqələr” əsərini reklam etməyi qadağan edib.

Publika.az xəbər verir ki, bu haqda “The Australian” qəzeti bildirir.

“Belə elanlar istifadəçilərin mənfi əhval-ruhiyyələrini təhrik edir”, - sosial şəbəkənin nümayəndələri bildiriblər.

Şirkətdən qeyd edib ki, bu, son qərardır və müzakirə olunmayacaq.

“Mossgreen” hərrac evinin direktoru Pol Samner “Facebook” administrasiyasının qərarına sərt reaksiya verib. O vurğulayıb ki, hərrac evində sosial şəbəkənin qadağasına etiraz etməyi planlaşdırırlar.

“Qadın-məşuqələr” şəklinin martın 7-də Sidneydə hərraca qoyulması planlaşdırılır. Qalın kətanın ilkin qiyməti 45 min dollardır.