Ekspertlər bildirirlər ki, Azərbaycanda hər 4 nəfərdən birinin banka kredit borcu var. Bu sırada az qala hər təbəqədən olan insanlar var. Elə deputatlar da... Milli Məclisdə keçirilən müzakirələr zamanı millət vəkillərinin əksəriyyəti vaxtaşırı bankları tənqid edərək, kreditlərin faiz dərəcələrinin yüksək olmasından şikayətlənirlər. Bəs, Milli Məclisin deputatlarından kimin kredit borcu var?

Metbuat.az bununla baağlı bir neçə deputatla əlaqə saxlayıb.

Fazil Mustafa: "Heç vaxt kredit götürməmişəm, kredit götürməyi sevmirəm”.

Azərbaycanda millət vəkilinin iki banka kredit borcu var

Aydın Mirzəzadə hazırda iki banka kredit borcunun olduğunu deyib: “Hər kəs krediti şüurlu şəkildə götürür, heç kəsə məcburən kredit verilmir. Kredit götürən bilməlidir ki, bunu qaytarmaq lazımdır. İki banka kredit borcum var. Bəzən aylıq ödəməni bir qədər aşağı ödəyirəm, ancaq bununla belə öhdəliyimi bilirəm. Çalışıram vaxtı-vaxtında ödəyim".

Azərbaycanda millət vəkilinin iki banka kredit borcu var

Heç vaxt kredit götürməyən deputatlarımızdan biri də Fərəc Quliyevdir.

Azərbaycanda millət vəkilinin iki banka kredit borcu var

Aysel Yaqubqızı / Metbuat.az