Qardaşı qızı ilə evləndiyi deyilən əmi ilə bağlı yeni xəbər

Bir neçə gün öncə mətbuatda yer alan Gəncədə əminin qardaşı qızını qaçırması və onunla dini nikaha daxil olması xəbəri yalan çıxıb.

Bu barədə Mətbuat.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib. Onun sözlərinə görə, mənəviyyatımıza uyğun gəlməyən xəbərlər çox təəssüf ki, xəbər sıralamalrında birinci yeri tuturlar. Hətta olmayan bir məsələni uyduraraq, onu gündəliyə çıxara bilirlər:

“Bir neçə gün bundan əvvəl Gəncədən utandırıcı bir xəbəri başlığa çıxartdılar. Ona hətta ölkəmizin tanınmış insanları belə münasibət bildirdi. Sonra məlum oldu ki, belə bir hadisə yoxdur. Bu, uydurulmuş bir məsələdir. Mən hesab edirəm ki, bu məsələdə bir qayda qoyulmalıdır. Mətbuat xəbər seçimində və yaymaqda azaddır. Amma mətbuat kapitalları nəzərə almalıdır ki, onların yaydığı xəbərlərin əks sədası gənc nəsilə təsir göstərir. Bu ailə dəyərlərinin pozulmasına gətirib çıxara bilər”.

Xəyalə Məmmədova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR