"Dünya mətbuatı Azərbaycanda jurnalistin qanına qəltan edilməsi haqqında xəbəri önə çıxaracaq"

"Dünya mətbuatı Azərbaycanda jurnalistin qanına qəltan edilməsi haqqında xəbəri önə çıxaracaq"
14:17 10 Aprel 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bu gün xəbər saytlarında Mətbuat Şurasının "qara siyahı"sina düsmüş tanınmayan əyalət qəzətlərindən birinin baş redaktorunun döyülməsi haqqında xəbər yayıldı. Xəbərin təsdiqi kimi yanına həmin şəxsin üst-başı qanlı şəkili də yerləşdirilib".

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin üzvü, YAP-ın şöbə müdiri Aydın Mirzəzadə deyib.

Reket qəzetin baş redaktorunu butulka ilə yaraladılar - Rəisi söydüyünə görə

Millət vəkilinin sözlərinə görə, dünya mətbuatı hadisənin məişət zəminində baş verməsinə əhəmiyyət verməyərək bunu insan hüquqlarının pozulması kimi qələmə verəcək: "Sabah isə dünya mətbuatı Azərbaycanda jurnalistin qanına qəltan edilməsi haqqında xəbəri önə çıxaracaq və ölkəmizi insan hüquqlarının pozulmasında ittiham edəcək. Hadisənin məişət zəminində baş verdiyini isə yada salmayacaqlar".

Qeyd edək ki, mətbuatda Cəlilabad rayonunda "Regionun səsi" qəzetinin baş redaktoru Ağasəf Həsənovun yeməkxanaların birində başından butulka ilə vurularaq döyülməsi barədə xəbər yayılıb.

Pünhan Mirzə
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533711.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR