"Prezidentin süni qiymət artımı ilə bağlı fikirləri ciddi xəbərdarlıq kimi qəbul edilməlidir"

"Prezidentin süni qiymət artımı ilə bağlı fikirləri ciddi xəbərdarlıq kimi qəbul edilməlidir"
08:05 11 Aprel 2017
127 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qaldırdığı məsələlərin hamısı aktualdır".

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin komitə sədrinin müavini, YAP-ın şöbə müdiri Aydın Mirzəzadə bildirib.

Millət vəkili qeyd edib ki, ölkə başçısının rəhbərliyi altında görülən işlər nəticəsində Azərbaycan 2015-2016-cı illərdəki iqtisadi böhranı uğurla aradan qaldırıb və inkişaf  yoluna çıxıb. Ötən il ərzində həyata keçirilən islahatlar isə 2017-ci ilin birinci rübündə öz müsbət nəticələrini göstərib:

"Qeyri-neft sektorunun inkişafına diqqətin yönəldilməsi, dövlətin vətəndaşların sosial problemlərinin həllini diqqətdə saxlamasının hamısı vacib məqamlardır. Göründüyü kimi, cənab prezident və onun komandası ötən il ərzində çox ciddi şəkildə işləyiblər. Ortada konkret nəticələr var və onlar vətəndaşların maraqlarına cavab verir. Belə ki, büdcənin valyuta ehtiyatları 1milyard dollar artıb, xaricdən mal idxalı 17 faiz azalıb, ixrac 50 faiz, o cümlədən qeyri-neft məshullarının ixracı 10 faiz artıb. Ölkədə 70 mini daimi olmaqla 85 min yeni iş yeri yaradılıb. Ölkədə vüsət alan tikinti işlərinə nəzər salsaq, görərik ki, il ərzində azı 1 milyona kv.m-ə yaxın yaşayış sahəsinin təhvil veriləcəyini göstərir. Belə bir baza üzərində qurulan iqtisadiyyat Azərbaycanın uğurlarını daha da artıracaq.

Hesab edirəm ki, götürülən siyasi və iqtisadi kurs özünün günün tələb verməsini bir daha təsdiq edir. Bundan sonra da milli maraqlara cavab verən, vətəndaşların diqqətində olan bütün məsələlər yüksək səviyyədə həllini tapacaqdır".

A. Mirzəzadənin fikrincə, dövlət başçısının süni qiymət artımı ilə bağlı fikirləri ciddi xəbərdarlıq kimi qəbul edilməlidir: "Şübhəsiz ki, manatın stabilləşməsi qiymətlərin stabilləşməsinə gətirib çıxarır. Həmçinin, yeni iş yerlərinin yaradılması, iqtisadiyyatın investisiya yönümlü olması əhalidə pul gəlirlərinin tədricən artmasına gətirib çıxaracaq. Bununla belə cənab prezidentin "süni qiymət artımına yol verilməməlidir" fikrini bildirməsi kiçikdən böyüyə bütün sahibkarlar üçün ciddi xəbərdarlıq olmalıdır. Bütün ticarət obyektlərinin sahibləri ilk növbədə gəlirləri yox, insanların alıcılıq qabiliyyətini ön plana çəkməlidirlər".

İlkin İzzət

Mill.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/533787.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR