Qazaxıstanın latın əlifbasına keçidin səbəbi

1929-1940-cı illərdən sonra növbəti dəfə Qazaxıstanda latın əlifbası əsasında Qazaxıstan əlifbasının vahid standartının hazırlanması ilə bağlı sərəncam imzalanıb.

Prezidentin sərəncamına əsasən, 2017-ci ilin sonuna qədər latın qrafikası ilə vahid Qazaxıstan əlifbası hazırlanmalıdır. Uzun araşdırma və müzakirələrdən sonra nəhayət ki, Qazaxıstanda bu qərarın qəbul olunması xalq arasında necə qarşılanacaq? Bu yenilik ölkədə hansı dəyişikliklərə səbəb olacaq? Yaxud Latın qrafikasına keçidin əsas məqsədi nədir? Bütün bu sualların cavabını Milli Məclisin deputatı, YAP-ın şöbə müdiri Aydın Mirzəzadə Metbuat.az-a danışıb:

“Xarici bir ölkənin daxili işinə aid olan bir məsələdir. Amma Qazaxıstan Azərbaycana dost ölkədir və bizi birləşdirən bir çox tellər var. Bu baxımdan bizlər bir-birimizin uğurlarına sevinib, kömək etməyə hazırıq. Türkdilli dövlətlərin böyük əksəriyyəti latın qrafikası əlifbasından istifadə edir. Bu, Qazaxıstanda da uzun müddətdir ki, müzakirə olunurdu. Bu gün Qazaxıstan prezidenti 8 il ərzində tam keçidi təmin edəcək qərar qəbul etdi. Hesab edirəm ki, Qazaxıstanda xalqların birgə harmonik və mehriban dostluq şəraitində yaşayacaq bir cəmiyyət formalaşıb. Qazax dilinin latın qrafikasına keçməsində əsas məqsəd dünya birliyinə daha yaxın olmaq, türk dövlətlərinin yaxınlığını təmin etməkdir. Çünki dünyada latın qrafikasına keçid vahid qazax xalqı arasında ciddi dəyişiklik yaratmayacaq”.

Rəvan Nasiroğlu


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR