22 yaşlı Mariana Sfakiatfkis İnstagram-ın ən populyar fiqurlarından birinə çevrilib.
Milli.Az bildirir ki, Avstraliyanın Sidney şəhərində yaşayan Mariana şirkətdə inzibatçı işləyir. O, uşaqlıq və yeniyetməlik illərində iflic idi.
"Yunanıstanda, vaztından əvvəl doğuldum. Doğulan kimi məni intensiv terapiyaya yollayıblar. Uzun müddət oksigensiz qaldığımdan beynim zədələnmişdi, serebral iflic yaranmışdı. 5 yaşım olanda yeriyə bilmirdim. Ailəm elə həmin vaxt müalicəm üçün Avstraliyaya köçmüşdü", - Mariana İnstagram-dakı profilində yazıb.
Mariana 6 yaşında olanda çox mürəkkəb əməliyyata məruz qalıb. Onun ayağındakı 9 çapıq həmin əməliyyatın izləridir.
Mariana indi fitneslə məşğul olur. Dediyinə görə, idman ona psixoloji və fiziki problemlərdən qurtulmağa yardım edib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində