Xanım sənətçi Sıla Gençoğlunun onu narahat etdiyini deyərək barəsində şikayət etdiyi pərəstişkarına hökm oxunub.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, müğənninin vəkilinin iştirak etdiyi məhkəmənin qərarı ilə şübhəli M.N.N. 3 ay 22 gün azadlıqdan məhrum edilib.

Məhkəmədə özünü müdafiə etmək üçün söz haqqı verilən şübhəli M.N.N: "İnternetdə Sılanın şəkilini öz şəkilimlə birləşdirdiyim doğrudur. Zorlamaq məqsədim yox idi. Platonik bir sevgi idi. Üzr istəyirəm", - deyib.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində