Bu yaxında dünya ulduzu Ancelina Colinin Lara Kroft obrazına girib maraqlı fotosessiyasını təqdim edən modelyer Şəlalə Maqsudova yenə şou aləminə səs saldı. Hər layihəsi ilə bir ilkə imza atan modelyer bu dəfə yeni və qeyri-adı kolleksiyasını qısametrajlı film şəkilində üzə çıxartdı. Digər həmkarlarından hər zaman fərqlənməyə çalışan modelyer Şəlalə Maqsudova özü öz filmində aktyorluq etdi. Filmdə ən maraqlı və şok məqam modelyerin döyüş xoreoqrafı Emin Abışovla qol gücünə vuruşmağı oldu.

"Bu layihəmlə yenə də modelyerlər arasında ilk aktyorluq edən və ilk döyüşən xanım oldum. Həmişə məndən sonra işlərimi təkrarlayıblar, bu dəfə isə çətin ki, kimsə mənim kimi döyüşə bilə. Bunun üçün öncə mənim çəkimə düşməlidilər və ən az mənim qədər güclü olmalıdılar, bu da ki mümkünsüzdür. Çünki modelyer həmkarlarımın çoxusu artıq çəkidən əziyyət çəkir və o qədər dərzi işlədib əllərini ağdan qaraya vurmurlar ki, qollarında güc də yoxdur. Mənim isə əllərim daim tikir. Ona görə də sənətimin də gücünə güvənirəm, qolumun gücünə də. Bu layihəmlə çox iddialıyam. Davamı var. Daha güclü və seçilən layihələrim var. Allah nəsib etsə, hamısını bir bir həyata keçirəcəm".

Şəlalə Maqsudova qısametrajlı filmində həyatının ən təhlükəli anını paylaşıb. Modelyer həmkarının onun qarşısını kəsməyindən və Maqsudovanın həmkarına qalib gəlməyindən danışır. Qısametrajlı filmi eksklüziv olaraq Milli.Az-da izləyə bilərsiz.

Qeyd edək ki, filmin quruluşçu rejissoru Zaur Tahirsoy, ssenarisi Cəlil Mirzə və operatoru Elvin Mikayildır. Çəkiliş komandası Azərbaycanın döyüş janrında çəkilən ilk filmlərin yaradıcı heyətidir. Filmdə Şəlalə Maqsudovanın yeni kolleksiyasını təqdim edən modellərin qeyri-adi görünüşü də diqqət çəkir. Modellərin stili üzərində isə tanınmış stilist Nura Babayeva çalışıb. Filmi sizə təqdim edirik.

Lətifə
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı modelyer əlbəyaxa oldu, həmkarlarına meydan oxudu - VİDEOUğura gedən yol