​Ayda həyat varmı? - Araşdırma

İnsanlar Ayda olandan sonra Yerin peyki haqqında artıq onlarda konkret təsəvvür yaranmışdır və buna uyğun olaraq, bu planetdə stansiyaların qurulmasını planlaşdıra bilərlər.

Əlbəttə, Ayda həyat üçün şərait xeyli ağırdır. Ayın səthində nəhəng kraterlər vardır. Burada həm də çox hündür dağlar, soyumuş vulkan lavalarının yaratdığı böyük dənizlər aşkar edilmişdir. Bir vaxtlar Ayda vulkan püskürmələri baş vermişdir, lakin hazırda həmin vulkanlar fəaliyyətsizdir. Dənizlər və kraterlərin daxili səthi qalın toz qatı ilə örtülüdür. Ayda nə hava, nə su, nə bir canlı, nə də bitki vardır. Ayda heç bir səs eşidilmir, çünki səslər hava molekulları sayəsində yayılır. Gündüzlər (Ayda bir gün iki həftəyə bərabərdir) Ayin qızmış daşlı səthinin hərarəti qaynar suyun hərarətindən yüksək olur. Sonra iki həftə sürən aylı gecə başlayır və bu zaman hərarət -150 C dərəcəyədək düşə bilər. Buna görə də, Ayda hərəkət etmək üçün insanlara xüsusi skafandr lazımdır. Ayda insan məskənləri sualtı tədqiqatlarda istifadə olunan batiskaflar (xüsusi kamera) kimi tamamilə hermetik olmalıdır. Ayda həyat fəaliyyətinin qorunub saxlanması üçün lazım olan hər şey, ələlxüsus havanın özü Yerdən aparılmalıdır.

//METBUAT.AZ

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR