​Niaqara şəlaləsi

Artıq 25 min ildir ki, Niaqara şəlaləsi Eri və Ontario göllərini birləşdirən Niaqara çayına qovuşur.

Bu ərazidən hazırda ABŞ və Kanadanın sərhədi keçir. Keçi adaları şəlaləni tökülən yerindən iki hissəyə ayırır. Kanada hissəsində olan şəlalə “Nal” adlanır. Onun uzunluğu 800 metr, hündürlüyü isə 48 metrdir. Amerika hissəsində yerləşən şəlalənin uzunluğu isə təxminən 320 m, hündürlüyü 51 metrdir. Elə bu hissədə Ay və Keçi adalarının arasında kiçik Duvaq şəlaləsi axır. Şəlalənin kənarındakı qaya çıxıntısında çoxlu mağaralar var. Misal olaraq turistlər üçün baxış meydançası olan məşhur Küləklər mağarasını göstərmək olar. Suyun yuxarı və aşağı səviyyələri arasındakı fərq böyükdür, lakin fərq çox da nəhəng deyil. Buna baxmayaraq, şəlalələr özləri çox möhtəşəmdirlər. Niaqara şəlaləsi suyun həcminə görə Şimali Amerikada ən güclü şəlalədir. Bu şəlalənin səsi insanda xoş təəssüratlar oyatmağa kifayət edir. Əbəs yerə irokezlər onu “Onqiara”- “Su ildırımı” adlandırmırlar. Avropalılar hindi sözünü bir qədər təhrif etmişlər. Saniyədə 2,5 mln. litr su tökülən Niaqara şəlaləsinin görüntüsü həqiqətən unudulmaz mənzərədir. Niaqara şəlaləsindən sıçrayan damcılar göy qurşağıtək əlvan rənglərə qərq olur. Şəlaləyə ən gözəl görüntünü Kanada hissəsində olan Kraliça Viktoriya parkından, ABŞ-dakı Prospekt-Poynt və Göy qurşağı körpüsündən müşahidə etmək mümkündür.

//METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR