Səməd Səmədov: "Ayda bir dəfə manikürə və pedikürə gedirəm"

Səməd Səmədov: "Ayda bir dəfə manikürə və pedikürə gedirəm"
14:05 22 İyun 2017
81 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Səməd Səmədov kişilərin xəyanətindən danışıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni heç vaxt xanımına xəyanət etmədiyini deyib: 

"Arvaddan qorxmayan kişi deyil. Gələn il ailə qurmağımızın 40 illiyidir. Xəyanət mənlik deyil. Mənim yanımda həmişə gözəl qadınlar olub: Ruhəngiz Allahverdiyeva, Bəsti Bəkirova, Sevda Əliqızı. Məni onlar cavan saxlayıb. 70 illik yubileyimi təzəcə qeyd etmişəm. 

Toydan qabaq mən həyat yoldaşıma xəbərdarlıq etdim ki, toy, məclis adamıyam. Ola bilər, evə gecə saat 12-də gəlim, ola bilər səhər gəlim. Qısqanclıq olmasın. Mənim peşəm xalqın qarşısında, toylarda iştirak etməkdir".

S.Səmədov xanımının heç vaxt makiyajdan istifadə etmədiyini söyləyib:

"Makiyaj edən xanıma həsrətəm. Mənim həyat yoldaşım heç vaxt makiyaj etmir. Özüm də baxımlı olmağı sevirəm. Ayda bir dəfə manikürə və pedikürə gedirəm". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/556695.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR