Hansı halda Bank avtomobili əlinizdən ala bilər?

Əlindəki az pulla bahalı avtomobil almaq istəyən şəxslər bu gün banklara üz tuturlar.

Bank da kredit götürmək istəyən şəxslə müqavilə bağlayır. Həmin müqavilə əsasında avtomobil sahibi banka hər ay müəyyən məbləğdə pul ödəyir. Amma bəzən müəyyən problemlər səbəbilə avtomobil sahibi pulu ödəyə bilmir. Bu zaman bank avtomobilə əl qoyur.

Ümumiyyətlə, bank hansı halda avtomobilə əl qoya bilər?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən hüquqşunas Xəyal Bəşirov bildirdi ki, avtomobilə məhdudiyyət yalnız məhkəmənin qərarından sonra qoyula bilər:

“Proses belədir. İlkin ödəniş verildikdən sonra məbləğin digər hissəsi üçün avtomobil banka girov qoyulur. Kreditin təminatı isə elə həmin avtomobil olur. Bunun üçün bankla şəxs arasında həm kredit, həm də girov müqaviləsi bağlanılır. Bunlar ayrı-ayrı müqavilələrdir. Girov müqaviləsi kredit müqaviləsinə əlavə olaraq bağlanılır. Yəni, gələcəkdə ödənilmədiyi halda həmin o avtomabilə məhdudiyyət qoyulur. Təbii ki, məhkəmənin qərarından sonra. Sonra avtomobil hərraca çıxarılır. Hərraca avtomobil sahibi mütləq çağırılır. Avtomobil satıldıqdan sonra isə pulu banka ödənilir”.

(Köhnə avtomobillər sürətlə bahalaşır - 2 min manata qədər artım var...)

Xəyalə Məmmədova /METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR