Azarkeş meydana girdi, dava düşdü (VİDEO)

Azarkeş meydana girdi, dava düşdü (VİDEO)
13:41 8 Yanvar 2015
101 Digər
Ölkə mətbuatı
A- A+

"Banvit" - "Buduçnost" klubları arasında baş tutan qarşılaşmada gərginlik baş verib.

ANS PRESS-in məlumatına görə, bir çernoqoriyalı azarkeş meydançaya girərək gərginlik yaradıb. Podqoritsa şəhərində keçirilən qarşılaşmanın bitməsinə 2 dəqiqə qalmış "Banvit"li oyunçu Meijaya azerkeş hücum etməyə çalşıb.

Tərəfdarın Mejiayı kənara itələməsindən sonra vəziyyət daha da gərginləşib. bu zaman arxadan qaçaraq gələn idmançı Rovland tərəfdara yumruq atıb. Yumruğun ardından yerə yıxılan azarkeşə Meija da müdaxilə etməyə çalışıb.

Hadisələrin ardından mübarizəyə 10 dəqiqə ara verilib. "Banvit"də Rovland və Meija oyundan diskalifikasiya edilib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=318419

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR