Yayın ən dadlı yeməyi

Havalar isindikcə yağlı yeməklərdən uzaq olmağa çalışırıq.

Metbuat.az yayın dadlı, xəfif yeməklərindən doğramacın (atlama) hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

1 l qatıq

2 stəkan su

3 ədəd xiyar

1 dəstə keşniş

1 dəstə şüyüd

1 dəstə göy soğan

1 dəstə reyhan

Zövqə görə duz

Hazırlanması:

Göyərtiləri təmizləyin, yuduqdan sonra xırda doğrayın. Xiyarı yuyun, qabığını soyub xırda kub şəklində doğrayın. Qatığa su və duz əlavə edib çalın və doğradığınız göyərti və xiyarı əlavə edib qarışdırın.

Doğramac soyuq halda verilir.

Nuş olsun!

Sərinləmək istəyənlər, bu içkidən için - Portağallı soyuq çay / VİDEO- Oxumaq üçün linkə tıklayın


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)